Xəbər axtarın

Son axtarış nəticələri:

Ceyhun Bayramov: "Azərbaycanla İran arasında əlaqələr daha da güclənir"

08.12.2025 13:53


“Azərbaycan ilə İran arasında əlaqələr yüksəksəviyyəli səfərlərlə daha da güclənir. Ölkələrimiz və xalqlarımız arasındakı münasibətlərin dərin tarixi kökləri var. Bu münasibətlər dostluq, əməkdaşlıq və qardaşlıq prinsiplərinə əsaslanır”.

Primeinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Seyid Abbas Əraqçi ilə keçirilən brifinqdə söyləyib.

O bildirib ki, 2025-ci ilin Azərbaycan–İran İli çərçivəsində iki ölkə üçün əlamətdar bir mərhələ formalaşıb. Rəsmi görüşlər fonunda mühüm nəticələr əldə edilib və ikitərəfli əməkdaşlıq yeni inkişaf mərhələsinə yüksəlib.

Paylaş: