
“Ermənilər özlərini qədim xalq kimi təqdim etsələr də, bu iddia onların real əhali sayı ilə uyğun gəlmir”.
Primeinfo.az xəbər verir ki, bu fikirləri Prime TV-nin “Qırmızı masa” verilişində hərbi ekspert Ədalət Verdiyev səsləndirib.
Ekspertin sözlərinə görə, Ermənistanın əhalisi rəsmi rəqəmlərdə göstərildiyi kimi 10 milyon deyil:
“Əslində, Ermənistanın əhalisi 2 milyona belə çatmır. Xaricdə yaşayan erməniləri də nəzərə alsaq, bu rəqəm maksimum 3 milyon olur. Onlar özlərindən uydururlar, guya ki, 10 milyon əhaliləri var. Əgər bir xalq min illərlə mövcud olubsa, onda niyə bu qədər az saydadır?”
Ədalət Verdiyev həmçinin qeyd edib ki, Azərbaycan xalqı işğaldan azad edilmiş torpaqlara qayıdış prosesini davam etdirir və bu proses geri dönməzdir:
“Qorxmasınlar, biz mütləq qayıdacağıq. Onsuz da Göyçə gölünü gözümüzlə görürük. Biz çox uzağa qayıtmırıq — sadəcə, öz torpaqlarımıza dönürük”.