
“Ramiz Mehdiyevin 8 milyonluq bir yastı-yapalaq villası var. Mən o villaya heç 8 qəpik də vermərəm. Maraqlıdır, Ramiz Mehdiyev bu və digər villalarını hansı vəsaitlə tikdirib?”
Primeinfo.az xəbər verir ki, bu fikirləri Prime TV-nin “Qırmızı masa” verilişində siyasi şərhçi Elçin Alıoğlu bildirib.
O, bəzi məmurların sevgililərinə 10 milyonluq villa bağışlamasına da münasibət bildirib:
“Biznesmen sevgilisinə 10 milyonluq villa bağışlaya bilər. Amma maaşı 1000-1500-2000 manat olan dövlət məmuru bu pulu haradan tapır? Xahiş və tələb edirəm: bu adamların mal varlıqları bir daha yoxlanmalıdır. Yoxlandıqdan sonra bu pullar onlardan alınıb uşaq evlərinə, Müdafiə Nazirliyinə, müvafiq dövlət qurumlarının hesabına köçürülməlidir. Ən əsası, aztəminatlı ailələrə ödənişlər artırılmalıdır”.