Xəbər axtarın

Son axtarış nəticələri:

“Epşteyn Trampın sonunu gətirəcək?” - ŞOK DETALLAR – VİDEO

06.02.2026 16:00


Epşteyn fayllarında kimin adı çıxırsa, o şeytandır” fikri yalnışdır”.

Primeinfo.az xəbər verir ki, bunu Prime TV-nin “Qırmızı masa” verilişində ReAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli bildirib.

Onun sözlərinə görə, “Epşteyn işi” ilə bağlı açıqlanan yeni sənədlər 3 milyon səhifədir və o sənədlərdə müxtəlif insanların adı var:

“Məsələn, mən harasa müsahibə vermişəm, sonra həmin müsahibənin linkini kimsə kiməsə göndərib. Mənim də adım düşüb sənədə. Əslində, bunun mənə nə dəxli var? Heç bir! Yəni, minlərlə elə təsadüfi insanın adı çəkilir bu sənədlərdə”.

Natiq Cəfərli “Epşteyn işi”ndə ABŞ Prezidenti Donald Trampın da adının hallanmasına toxunub:

“Trampın və digər məşhur insanların adının bu fayllarda çəkilməsindən Respublikaçılardan çox, Demokratlar ziyan görür. Bu da Respublikaçılara sərf edir. Onlar üçün yaxşı fürsətdir ki, Trampı bir az əllərinin altında saxlaya bilsinlər. Çünki Trampın da ipini çox boş buraxmaq istəmirlər. Ona görə ki, Tramp Respublikaçılar Partiyasının yaratdığı fiqur deyil, kənardan gəlib. Sadəcə, Respublikaçı dalğası ilə hakimiyyətə gəlib”.

Davamı “Qırmızı masa”da:

Paylaş: