Xəbər axtarın

Son axtarış nəticələri:

Ərdoğan: "Zəlzələ ilə bağlı prosesi yaxından izləyirik"

28.10.2025 10:20

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Balıkesir vilayətindəki güclü zəlzələ ilə bağlı “X” səhifəsində açıqlama yayıb.

Primeinfo.az xəbər verir ki, Türkiyə lideri prosesi nəzarətə götürdüyünü bildirib.

“Başda AFAD olmaqla, aidiyyəti qurumlarımız sahədə araşdırma və nəzarət işlərini böyük diqqətlə davam etdirirlər. Biz də prosesi yaxından izləyirik”, – deyə Ərdoğan qeyd edib.

Xatırladaq ki, Türkiyənin Balıkesir vilayətində 6,1 maqnitudalı zəlzələ baş verib.

Paylaş: