Xəbər axtarın

Son axtarış nəticələri:

Filippində güclü zəlzələ oldu

10.10.2025 10:43

Filippin sahillərində 7,4 bal gücündə zəlzələ baş verib.

Primeinfo.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri Mati şəhərindən 63 km şimal-şərqdə yerləşib, ocağı isə 53 km dərinlikdə olub.

Tələfat və dağıntı barədə məlumat yoxdur.

Qeyd edək ki, sentyabrın 30-da baş verən 6,9 maqnitudalı zəlzələ nəticəsində 72 nəfər ölüb.

Paylaş: