Xəbər axtarın

Son axtarış nəticələri:

Hikmət Hacıyev və Qriqoryan Dohada panel müzakirəsində iştirak edib

06.12.2025 17:18


Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla birlikdə “Doha Forumu” çərçivəsində “Ermənistan-Azərbaycan davamlı sülhü: Vaşinqton sazişi və birgə gələcək” mövzusunda panel müzakirəsində iştirak edib.

Primeinfo.az xəbər verir ki, Hikmət Hacıyev bu barədə “X”  hesabında paylaşım edib.

“Biz Vaşinqton razılaşmalarının həyata keçirilməsi çərçivəsində atılan addımları, o cümlədən sülhün iqtisadi faydasını, nəqliyyat-kommunikasiya əlaqələrini, etimad quruculuğu prosesini və s. müzakirə etdik.

Mən Azərbaycanın Cənubi Qafqaz regionunu davamlı sülh və rifah zonasına çevirmək niyyətini vurğuladım”, – deyə paylaşımda bildirilib.

Paylaş: