Xəbər axtarın

Son axtarış nəticələri:

“Hozu xan” filminin qala-gecəsi keçirildi - FOTO

03.11.2025 14:15


Park Cinemanın “Flame Towers” filialında Azərbaycanın ilk tarixi komediyası olan “Hozu xan” filminin qala-gecəsi baş tutub.

Primeinfo.az xəbər verir ki, qala-gecədə filmin rejissorları, aktyorları, blogerlər, model və inflyuenserlər, tanınmış mədəniyyət işçiləri iştirak edib.

Filmin yaradıcı heyətinin sözlərinə görə, bu, “Hozu” obrazına həsr olunmuş altıncı filmdir. Sözügedən ekran əsəri keyfiyyətli çəkilişi ilə yeni bir trendə yol açacaq və Azərbaycanda tarixi komediyaların artmasına böyük töhfə verəcək.

Qeyd edək ki, “3I Cinema prodakşn”ın istehsalı olan “Hozu xan” filminin quruluşçu rejissoru İlham Yaşaroğlu, ssenari müəllifləri Vüqar Hüseynov və Talıb Əhmədov, quruluşçu operatoru Orxan Məmmədovdur.

Filmdə baş obrazı aktyor Məcid Hüseynov canladırır. Rollara Aqil M. Quliyev, Ələkbər Əliyev, Tərlan Nur Yaşar, Samir Ələsgərov, Kənan MM, Xuraman Əlizadə, rəqqasə Renka, Nadir Məmmədov və digər aktyorlar çəkilib.

Süjetə görə, hadisələr “Dərəbəylər dövləti”ndə cərəyan edir. Dövlətin başçısı Ədalət xanın Hozu və Qarabuğday adında əkiz oğulları olur. Ata Hozunu daha çox sevir, çünki o, daha güclüdür. Qardaşı Qarabuğday bu münasibəti qısqanır və atasını qətlə yetirib cinayəti Hozunun boynuna atır. Hozu zindana salınır, lakin sonradan həqiqəti sübut edir, qardaşını ifşa edir və xanlığa yüksəlir.

“Hozu xan” filmi hazırda “Park Cinema” kinoteatrlarında nümayiş olunur.

Biletləri buradan əldə edə bilərsiniz:

https://new.parkcinema.az/az/movie/68f60a6f5b3a3f778f5f1726

 

 

Paylaş: