Xəbər axtarın

Son axtarış nəticələri:

II Qareginin qardaşı bir ay müddətinə həbs edilib

03.11.2025 17:39

Ermənistan İstintaq Komitəsi Armavir vilayətinin ümumi yurisdiksiya məhkəməsinə bütün ermənilərin Katolikosu II Qareginin qardaşı Gevork Nersisyan və qardaşı oğlu Ambarsum Nersisyanın həbsi ilə bağlı müraciət edib.

Prinmeinfo.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu vəkil Ara Zohrabyan sosial şəbəkədə bildirib.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanları cinayət təqibi haqqında qərarı yalnız bir nəfərin ifadəsi əsasında qəbul edib: “Nersisyanların özlərinin ifadələri və təqdim olunmuş videomateriallar nəzərə alınmayıb. Ancaq bunlar iş üçün həlledici əhəmiyyət daşıya bilərdi”.

Məlumata görə, “Respublika” partiyasının üzvü Arutyun Mkrtçyan onların hər ikisini xuliqanlıq və təşviqat kampaniyasına mane olmaqda ittiham edib.

Qeyd edək ki, bütün ermənilərin katolikosu II Qareginin qardaşı Gevork Nersisyan bir ay müddətinə həbs edilib.

 

 

Paylaş: