Xəbər axtarın

Son axtarış nəticələri:

İllər sonra barışdılar - FOTO

30.09.2025 13:14

Əməkdar artist Mehriban Xanlarova illər sonra ilk dəfə bibisi, Xalq artisti Zeynəb Xanlarova ilə birlikdə foto paylaşıb.

Primeinfo.az Axşam.az-a istinadən xəbər verir ki, aktrisa bibisinin nəvəsi Zeynəbin toyuna qatılıb. O, foto ilə illərdir haqlarında yayılan küsülülük iddiasına son qoyub.

“Ailəmizin bu sevincli günündə iştirak edən bütün qonaqlara təşəkkürümüzü bildiririk. Uca Allah bütün subaylara toy sevinci və xoşbəxt ailə həyatı nəsib etsin. Dəyərli sənətkarımız Zeynəb xanımı isə daim ailəsinin və onu sevənlərin duaları ilə qorusun. Amin” deyə, M.Xanlarova bildirib.

Qeyd edək ki, Zeynəb Tamerlan adlı bəylə ailə qurub.

Paylaş: