Xəbər axtarın

Son axtarış nəticələri:

İngiltərə klubu baş məşqçisi ilə yollarını ayırır?

01.12.2025 18:56

İngiltərə Premyer Liqası təmsilçisi “Lids Yunayted” baş məşqçisi Daniel Farke ilə yollarını ayırmağa yaxındır.

Primeinfo.az “The Guardian” nəşrinə istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssisin komandasının XIII turda “Mançester Yunayted”ə məğlub olması (2:3) rəhbərliyin xoşuna gəlməyib.

Çünki bu, “Lids Yunayted” kollektivinin son 7 turdakı altıncı məğlubiyyəti olub.

Komanda qarşıdakı turlarda “Çelsi” və “Liverpul”a qarşı matçlarda lazımı nəticələri əldə edə bilməsə Daniel Farkenin ayrılığı qaçınılmaz olacaq.

Qeyd edək ki, “Lids Yunayted” 11 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.

Paylaş: