Xəbər axtarın

Son axtarış nəticələri:

İran səfiri Azərbaycana təşəkkür etdi - VİDEO

18.03.2026 11:27

“Bu, Azərbaycanın İrana göndərdiyi sayca ikinci humanitar yardımdır”.

Primeinfo.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu deyib.

Səfir Azərbaycan hökumətinə və xalqına təşəkkür edib:

“Azərbaycan belə bir vəziyyətdə İrana diqqət göstərib, oradakı bacı-qardaşlara yardım edib. Bu bizim müştərək mədəniyyətimizdən qaynaqlanır, çətin vəziyyətdə bir-birimizə kömək edirik.

Qarşıdan Ramazan və Novruz bayramları gəlir. Belə bir gündə yardım edilməsi müsbət addımdır. Ümid edirik ki, gələn bayramları birlikdə qeyd edəcəyik”.

 

Paylaş: