
İranda islahatçı qüvvələr ali lider Əli Xamneyinin istefasını açıq şəkildə tələb etmək barədə razılığa gəliblər.
Primeinfo.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə “Euractiv” nəşri mənbələrə istinadən yazır.
Məlumata görə, siyasətçi Azər Mənsuriyə Xamneyini istefaya razı salmaq və hakimiyyəti keçid şurasına təhvil vermək təklifi ilə çıxış etmək tapşırılıb.
Lakin İran hakimiyyətinin təhdidlərindən sonra bu plan reallaşdırılmayıb.
İstefa tələbinin əsas səbəblərindən biri Tehranda və digər böyük şəhərlərdə etirazlar zamanı çoxsaylı insan tələfatı ilə bağlı narazılıq olub.
İran Konstitusiyasına əsasən, ali lider vəzifə öhdəliklərini yerinə yetirə bilmədikdə və ya bu posta uyğun keyfiyyətləri itirdikdə vəzifədən uzaqlaşdırıla bilər.