
“İran daxilində artıq qonşu ölkələr və Azərbaycanla bağlı ciddi fikir ayrılıqları var. İranda mühafizəkara bağlı saytlar və şəxslər Azərbaycan əleyhinə açıqlamalar verir. Lakin prezident Pezeşkian və xarici işlər naziri Abbas Əraqçi isə deyir ki, qonşu ölkələr və Azərbaycanla yaxşı münasibətlərimiz var. Bu məsələ İranı daxildən də parçalayır”.
Primeinfo.az xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
Politoloq əlavə edib ki, əslində Pezeşkian birbaşa mühafizəkarlara mesaj verir ki, bəsdir Azərbaycanla münasibətləri korladınız.
Davamı “Qırmızı masa”da: