Xəbər axtarın

Son axtarış nəticələri:

İsmayıllıda güclü zəlzələ oldu

01.11.2025 19:11

İsmayıllıda  zəlzələ olub.

Primeinfo.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına görə, yerli vaxtla saat 18:03-də qeydə alınan yeraltı təkanların ocağı 4 kilometr dərinlikdə yerləşib.

Zəlzələ episentrdə 4 bal, Basqal, Lahıc qəsəbələrində, Əhən kəndində və ətraf yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Paylaş: