
İsrailin Azərbaycandakı səfiri Ronen Kraus Qarabağ səfərindən paylaşım edib.
Primeinfo.az xəbər verir ki, səfir X hesabında bu sözləri yazıb:
“Qarabağa ikinci səfərimdir. İşlərin və tikinti prosesinin irəliləyişi sadəcə inanılmazdır. Körpülər, dəmir yolları, yollar, tunellər, kəndlər və şəhərlər – hamısı sürətlə inkişaf edir. Növbəti səfərimdə bu irəliləyişi görmək üçün səbirsizliklə gözləyirəm”.