Xəbər axtarın

Son axtarış nəticələri:

“Kızılcık Şerbeti”ndə dəyişiklik: 4 aktyor serialı tərk edir, yeniləri gəlir - FOTO

05.11.2025 15:47

Türkiyənin “Show TV” kanalının reytinqli serialı olan və Azərbaycanda da böyük maraqla izlənilən “Kızılcık Şerbeti”ndə ayrılmalar gözlənilir.

Primeinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 4 aktyor serialdan ayrılmaq qərarını verib, 5 yeni aktyor isə heyətə qoşulub.

Bir neçə müddətdir serialdan gedəcəyi bildirilən Sıla Türkoğlu (Doğa) ilə vidalaşma artıq rəsmiləşib. Emrah Altıntoprak (Mustafa Ünal), Ece İrtem (Işıl) və Batuhan Bozkurt Yüzügüleç (Firaz) də layihədən ayrılmaq qərarını veriblər.

Digər tərəfdən, “Kızılcık Şerbeti” komandası 6 yeni aktyorla əməkdaşlığa başlayır. Ssenari iki yeni hekayə xətti ilə davam edəcək.

Bu hekayələrdən biri Abdullah, digəri isə Ömər obrazının ətrafında inkişaf edəcək. Məlumata görə, Ömərin hekayəsinə “mafiya ailəsi” daxil olacaq.

Serialın aktyor heyətinə Özge Borak da qatılacaq. Onun Ünal ailəsinə bağlı yeni bir rolu canlandıracağı gözlənilir. Deyilənə görə, bu obraz serialın dinamikasını tamamilə dəyişdirəcək “əsas açar xarakter” olacaq.

Bundan başqa, aktyor heyətinə Macit Koper (ötən seriyadan başlayıb, Hikmət obrazını yaradır), Seray Kaya, Hakan Karahan, Yalçın Hafizoğlunun da qatıldığı bildirilir.

Paylaş: