
Türkiyənin məşhur “Kızılcık Şerbeti” serialının ssenari müəlliflərindən biri olan Merve Göntem polis tərəfindən saxlanılıb.
Primeinfo.az bu barədə “TGRT Haber”ə istinadən xəbər verir.
Məlumata görə, M.Göntem illər öncə sosial şəbəkə hesabında etdiyi paylaşıma görə saxlanılıb. O, universitetdə oxuyan gənc qızların pul qarşılığında qeyri-əxlaqi davranışlar etmələrinə “Burada nə var ki! Ölkənin şərtləri onlara bu imkanı verir ” deyərək, tələbələri müdafiə edib.
Qeyd edək ki, Türkiyənin ən reytinqli seriallarından biri olan, Azərbaycanda da maraqla izlənilən “Kızılcık şerbeti” yeni mövsümə qalmaqalla start verib. Belə ki, ailənin gəlini “Doğa” və kürəkəni “Firaz” arasında yaranan eşq macərasını izləyicilər sərt tənqid ediblər. Nəticədə Türkiyə Radio və Televiziya Şurası serial barəsində araşdırma başladıb.



