
Ötən il Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 20 növ və 41 ekspert ixtisası üzrə ekspertlər tərəfindən 26 min 890 iş barədə ekspert rəyi və arayış verilib.
Primeinfo.az-a bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, verilmiş rəy və arayışların daxil olmuş işlərə nisbəti 2024-cü il ilə müqayisədə 6.6 faiz artıb.
Hesabat dövründə ekspertlər tərəfindən 2.216.778 obyekt üzərində tədqiqat aparılıb, məhkəmələr və hüquq-mühafizə orqanları tərəfindən qərar və qərardadlarda qoyulmuş 78.808 sual cavablandırılıb.