Xəbər axtarın

Son axtarış nəticələri:

Münhendə dronlara görə hava limanı bağlandı

03.10.2025 10:47

Münhenin hava limanı (Almaniya – red.) hava məkanında dronların aşkarlanması ilə əlaqədar uçuşları dayandırıb.

Primeinfo.az xəbər verir ki, bu barədə hava limanının saytı məlumat yayıb.

“Oktyabrın 2-də axşam saatlarında Almaniyanın Hava Hərəkəti İdarəsi yerli vaxtla saat 22:18-dən etibarən Münhen hava limanında uçuşları məhdudlaşdırıb, sonra isə bir neçə pilotsuz uçuş aparatı müşahidə edildiyinə görə onları tamamilə dayandırıb”, – məlumatda bildirilib.

Qeyd olunub ki, insident nəticəsində 17 reys dayanıb. Fasilə 3 000-ə yaxın sərnişinə təsir edib.

Gələn 15 reys Ştutqart, Nürnberq, Vyana və Frankfurt limanlarına yönləndirilib.

Paylaş: