Xəbər axtarın

Son axtarış nəticələri:

Nazir keçmiş səfirə yüksək vəzifə verdi

07.02.2026 20:55


Azərbaycan Xarici İşlər Nazirliyində yüksək vəzifəyə yeni təyinat olub.

Primeinfo.az xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Məmməd Talıbov XİN-in Avropa İdarəsinin rəisi təyin edilib.

O, artıq vəzifəsinin icrasına başlayıb.

İkinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi daşıyan Məmməd Afiq oğlu Talıbov 2019-cu ildə Azərbaycanın Meksikadakı fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdu.

O, 2025-ci il oktyabrın 27-də geri çağırılıb.

Paylaş: