Xəbər axtarın

Son axtarış nəticələri:

Nümunəvi müəssisəyə növbəti infotur təşkil edilib - FOTO

11.02.2026 16:39

Nümunəvi müəssisəyə növbəti infotur təşkil edilib

Primeinfo.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzi tərəfindən əməyin mühafizəsi sahəsində maarifləndirmə məqsədilə “Azerfloat” QSC-də növbəti infotur təşkil olunub.

İnfoturda Abşeron–Xızı iqtisadi rayonunda fəaliyyət göstərən 12 müəssisənin əməyin mühafizəsi üzrə müvafiq nümayəndələri iştirak ediblər.

İnfoturun keçirilməsində əsas məqsəd iştirakçılara əməyin təhlükəsizliyi sisteminə dair əyani tanışlıq imkanı yaratmaq, habelə praktik bilik və təcrübənin paylaşılmasını təmin etmək olub.

Tədbir çərçivəsində iştirakçılar üçün giriş təlimatı keçirilib, daha sonra müəssisənin fəaliyyəti barədə ətraflı məlumat verilib. Eyni zamanda, Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyəti, əmək hüquqları və əməyin mühafizəsi sahəsində göstərilən məsləhət xidmətləri haqqında məlumatlar təqdim olunub. Müəssisələrdə əməyin mühafizəsi üzrə norma, standart və qaydaların tətbiqinə göstərilən dəstək vurğulanıb, eləcə də yeni qəbul edilmiş standartlar barədə iştirakçıların diqqətinə çatdırılıb.

Daha sonra istehsalat prosesi yerində izlənilib, qonaqlara proseslərin təhlükəsizliyi və bu istiqamətdə görülən tədbirlər barədə geniş məlumat verilib.

Paylaş: