Xəbər axtarın

Son axtarış nəticələri:

Oqtay Qasımov: “Xunta rejiminin rəhbərləri Qarabağdan 280 milyon dollar pul talan ediblər” - VİDEO

03.11.2025 17:30


“28 illik işğal dövründə xunta rejiminin rəhbərləri Dağlıq Qarabağdan 280 milyon dollar pul talan ediblər”.

Primeinfo.az xəbər verir ki, bunu siyasi şərhçi Oqtay Qasımov Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.

Onun sözlərinə görə, bu haqda bilgilər hələ Sovet dövründən də var idi, sadəcə ictimaiyyətə açıqlanmırdı:

“44 günlük Vətən müharibəsindən sonra Dağlıq Qarabağa aid maraqlı araşdırmalar başladı. Həm Qarabağdakı separatçıların, həm də Ermənistandakı xunta rejiminin Azərbaycan ərazisini necə soyub-talaması haqda Rusiya mətbuat orqanlarında da yazılar dərc edilirdi.

Yazılardan birində qeyd olunurdu ki, Qarabağdakı xunta rejiminin rəhbərliyi hər il oradan çıxarılan faydalı qazıntılardan hərəsinə 10 milyon dollar pul qazanıb. Yəni, söhbət tək bir şəxsin mənimsədiyi puldan gedir. 28 illik işğal dövründə təkcə xunta rejiminin rəhbərləri 280 milyon dollar ciblərinə qoyublar. Hələ Qarabağdan Ermənistana gedən, talanan əşyalardan əldə edilən pulları demirəm. Xüsusən də, Ağdərə, Kəlbəcər rayonlarında çox ciddi mis, gümüş, qızıl yataqları, mərmər, qranit, qızıl ehtiyatları və s. vardı. Hamısını talayıb, mənimsəyib, satıblar”.

Paylaş: