Xəbər axtarın

Son axtarış nəticələri:

Özbəkistan səfiri: Media əməkdaşlığı ölkələrimiz arasında körpü rolunu oynayır

30.09.2025 11:32

“Son illər ərzində Azərbaycan və Özbəkistan arasında qurulan əlaqələr ən yüksək səviyyəyə çatıb. İki qardaş ölkə arasında əməkdaşlıq iqtisadiyyatdan mədəniyyətə, təhsildən sosial sahələrə qədər geniş istiqamətləri əhatə edir.

Primeinfo.az xəbər verir ki, bu barədə II Azərbaycan-Özbəkistan Media Forumunun açılış mərasimində Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov bildirib.

O qeyd edib ki, bu uğurlu əməkdaşlıq media sahəsində də özünü göstərir:

“Media qurumlarımızın qarşılıqlı əlaqələri yalnız peşəkar təcrübə mübadiləsini təmin etmir, həm də xalqlarımız arasında sarsılmaz qardaşlıq bağlarını daha da möhkəmləndirir. Media əməkdaşlığı, əslində, iki ölkə arasında körpü rolunu oynayır. Bu körpü bizə bir-birimizi daha yaxından tanımaq, eyni zamanda, saxta məlumatların qarşısını almaq və cəmiyyətlərimizin media savadlılığını yüksəltmək imkanı verir”.

 

Paylaş: