
“Milli dayanıqlı inkişaf gündəliyi 2030-cu ilədək daha ədalətli və firavan dünya nizamı qurmağa yönəlib”.
Primeinfo.az xəbər verir ki, bu barədə Pakistan Baş naziri Şahbaz Şərif Türkmənistan neytralığının 30-cu ildönümünə həsr olunmuş Beynəlxalq Sülh və Etimad Forumunda çıxışı zamanı bildirib.
Baş nazirin sözlərinə görə, sosial-iqtisadi inkişaf və əhalinin rifahının yüksəldilməsi Pakistan hökumətinin əsas prioritetidir:
“Ölkə qlobal istiləşmənin yaratdığı çətinliklərə baxmayaraq, maliyyə əlçatanlığının genişləndirilməsi, qadınların və həssas qrupların iqtisadi həyata cəlb edilməsi daxil olmaqla, əsas istiqamətlərdə əhəmiyyətli irəliləyişlərə nail olub”.