Xəbər axtarın

Son axtarış nəticələri:

Premyer Liqa: "Sabah" "Neftçi"yə qalib gəlib

08.12.2025 23:29

Misli Premyer Liqasının XIV turunda “Sabah” “Neftçi”yə qalib gəlib.

Primeinfo.az-ın məlumatına görə, “Bank Respublika Arena”da keçirilən oyunda ev sahibləri 2:0 hesablı qələbəyə seviniblər.

Qolları Akim Zedadka (58) və Coy-Lens Mikels (77) vurublar.

Bu qələbə ilə xallarının sayını 28-ə çatdıran “Sabah” turnir cədvəlində ikinci sıraya yüksəlib. “Neftçi” isə 16 xalla səkkizinci sırada qalıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Şamaxı” “Karvan-Yevlax”ı (3:0) məğlub edib, “Zirə” – “Qarabağ” görüşündə qalib müəyyənləşməyib – 1:1. “Qəbələ” – “Turan Tovuz” oyunu isə güclü duman səbəbindən 24-cü dəqiqədə yarımçıq dayandırılıb və təxirə salınıb.

Paylaş: