Xəbər axtarın

Son axtarış nəticələri:

PSJ-nin futbolçusu Nunu Mendeş zədələnib

28.11.2025 20:58

Fransanın PSJ klubunun futbolçusu Nunu Mendeş zədələnib.

Primeinfo.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

O, UEFA Çempionlar Liqasının V turunda “Tottenhem”ə (İngiltərə) qarşı matçda sağ budundan zədə alıb.

23 yaşlı müdafiəçi PSJ-nin ölkə çempionatının XIV turunda “Monako”ya qarşı keçirəcəyi matçda meydana çıxa bilməyəcək.

Qeyd edək ki, Nunu Mendeş cari mövsüm 16 oyunda iştirak edib, 4 qol vurub və 4 assist edib.

Paylaş: