
“ABŞ tərəfi sülh planının 27 bəndini dörd paketə böldü və onları ayrıca müzakirə etməyi təklif etdi”.
Primeinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
O bildirib ki, Rusiya Ukraynaya qoşunlarını Donbasdan çıxarmağı və hərbi əməliyyatlara başlamamağı təklif edib, lakin Kiyev döyüşməyə üstünlük verir.
“Rusiya istənilən halda Donbası və Novorossiyanı hərbi və ya digər yollarla alacaq”, – Putin vurğulayıb.