
“Azərbaycanda bir sıra həbslər, işdən çıxarılmalar olur, amma sistem düzəlmir ki, düzəlmir”.
Primeinfo.az xəbər verir ki, bunu Prime TV-nin “Qırmızı masa” verilişində ReAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli bildirib.
Onun sözlərinə görə, regionların boşalması, əhalinin rayonlardan Bakıya köç etməsi, iş tapa və həm də qura bilməməsi ölkədəki idarəetmə problemindən qaynaqlanır:
“Azərbaycanın əksər kiçik rayonlarının “xan”ları peyda olurdu, onların da 90 faizini Ramiz Mehdiyev təyin edirdi. Yaxud da onun təqdimatı əsasında təyin olunurdular. Həmin adamların da bölgələrdə yaratdıqları monopoliyalar, fürsətlərin qapanması ölkə iqtisadiyyatına da ciddi təsir göstərdi”.

N.Cəfərli deyir ki, bu problemlər səbəbindən də əhali rayonları tərk edərək, paytaxta axın edir:
“Uzun illərdir Azərbaycanda ən çox müzakirə olunan mələlərdən biri regionların Azərbaycan iqtisadiyyatındakı payıdır. Həddindən artıq aşağıdır. Ümumilikdə götürəndə, dövlət büdcəsinin formalaşmasında regionların cəmi 7 faiz rolu var. Ümümi Daxili Məhsulun (ÜDM) formalaşmasında isə 5-6 faiz.
Ölkəni elə bir vəziyyətə gətirib çıxardılar ki, Bakı və Abşeron bütün Azərbaycanı saxlamağa başladı”.
Daha ətraflı “Qırmızı masa”da: