Xəbər axtarın

Son axtarış nəticələri:

“Ramiz Mehdiyev söyüş müxalifətinə 48,5 milyon pul ötürüb” – VİDEO

20.10.2025 14:00


“Ramiz Mehdiyev Azərbaycanda söyüş müxalifətinin yaradılmasına göstəriş verən bir şəxsdir”.
Primeinfo.az xəbər verir ki, bunu Prime TV-nin efirində yayımlanan “Qırmızı masa” verilişində siyasi şərhçi Elçin Alıoğlu bildirib.
Onun sözlərinə görə, xaricdə fəaliyyət göstərən və özünü bloger adlandıran şəxslərin əksəriyyəti məhz Ramiz Mehdiyevin göstərişi ilə maliyyələşdirilib:
“Məqsəd odur ki, həmin şəxslər Azərbaycan hakimiyyətinin, rəhbərliyinin, siyasətçilərin ünvanına küçə sözləri ilə çıxış etsinlər və söysünlər. Onlara külli miqdarda maliyyə ayrılıb. Sadəcə bir rəqəmi demək istərdim: Özünü azad göstərən bir blogerə və siyasi partiyaya 11 il ərzində 48,5 milyon manat pul ötürülüb”.

E.Alıoğlu iddi edir ki, xaricdə fəaliyyət göstərən həmin blogerlərə əksər məlumatları – istər həqiqi, istərsə də yalan olsun, məhz Ramiz Mehdiyev ötürüb.

Paylaş: