Xəbər axtarın

Son axtarış nəticələri:

Rusiya taxılı Azərbaycan vasitəsilə Ermənistana göndərilir

23.12.2025 14:35


1990-cı illərdən bəri ilk dəfə olaraq Rusiyanın Volqoqrad vilayətindəki Qmelinskaya stansiyasından Azərbaycan vasitəsilə Ermənistana taxıl vaqonları göndərilib.

Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Privoljski Dəmir Yolları mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 8 taxıl vaqonundan ibarət ilk partiya İrəvan stansiyasına çatdırılacaq.

Qeyd olunub ki, bu ilin sonuna qədər bu marşrutla 30 taxıl vaqonunun – iki min tondan çox taxılın göndərilməsi planlaşdırılır.

Privoljski Dəmir Yollarından o da bildirilib ki, yeni logistika xidməti Azərbaycan vasitəsilə Ermənistana yük tranzitinin bərpası ilə mümkün olub.

Paylaş: