
Rusiya Silahlı Qüvvələri şənbə gecəsi pilotsuz uçuş aparatları (PUA) ilə Ukraynanın Xarkov vilayətinə kütləvi zərbələr endirib,hücumu nəticəsində yaralananların sayı 31 nəfərə çatıb.
Primeinfo.az xəbər verir ki, bu barədə Xarkov vilayəti prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, yaralılar arasında iki uşaq var.