
“Sabah” iki futbolçusu ilə yollarını ayırıb.
Primeinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Premyer Liqanın lideri qapıçı Rüstəm Samiqullin və hücumçu Camal Cəfərovla vidalaşıb.
Qeyd edək ki, “Sabah” ötən gün Azərbaycan millisinin yarımmüdafiəçisi Anatoli Nuriyevlə müqaviləyə xitam verib. Futbolçu “Zirə”yə keçib.
