Xəbər axtarın

Son axtarış nəticələri:

Şahin Nəcəf: Sənədsiz evlər korrupsiya yeminə çevrilib - VİDEO

03.10.2025 12:35

“Azərbaycanda sənədsiz evlər korrupsiyanın yeminə çevrilir”.

Primeinfo.az xəbər verir ki, bunu jurnalist Şahin Nəcəf Prime TV-nin efirində yayımlanan “Qırmızı masa” verilişində deyib.

Ölkədəki sənədsiz evlərin qeydiyyata alınması prosesindən danışan Ş.Nəcəfin sözlərinə görə, bəzi məmurlar vətəndaşları çox incidir. Evini sənədləşdirmək istəyən şəxslərdən bunun üçün böyük məbləğdə pullar alınır:

“İnsanları get-gələ salırlar. Bir sənədi almaq üçün 70 strukturdan keçirsən, pul xərcləyə-xərcləyə gedirsən, axırda da məlum olur, filan sənəd çatışmır. 40-50 min pul xərcləyirsən, yenə də mülkün ortada qalır. Məmurlar var ki, yüzlərlə mülkü var və rüşvət hesabına həmin mülklərini qanuniləşdirirlər. Amma rüşvət verməyən vətəndaş illərlə min bir əziyyətlə aldığı evini sənədləşdirə bilmir”.

Paylaş: