Xəbər axtarın

Son axtarış nəticələri:

Son 7 ildə qeyri-neft-qaz sektorunun iqtisadiyyatda payı 70,2%-ə yüksəlib

19.11.2025 13:53

“2019-25-ci illər ərzində qeyri-neft-qaz sektorunun iqtisadiyyatda payı 2018-ci ildəki 58.3%-dən cari ilin son tarixinə 70.2%-ə yüksəlib”.

Primeinfo.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin plenar iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Nazir qeyd edib ki, son yeddi il ərzində ÜDM-in real həcmi 1.4 dəfə böyüyüb:

“2025-ci ilin gözlənilən göstəricisi nəzərə alınmaqla, 2019-25-ci illərdə qeyri-neft-qaz sektorunda ÜDM-in nominal həcmi iki dəfə, real həcmi isə 1.4 dəfə böyüyüb”.

Paylaş: