
“Rusiya müəyyən dərəcədə İranı satdı. Çünki Rusiyanın maraqları bunu tələb edir. Hörmüz boğazında yaranan vəziyyət Çin və Hindistanı Rusiya neftinə möhtac qoydu. Ona görə də açıq şəkildə olmasa belə gizli şəkildə İranı satdı”.
Primeinfo.az xəbər verir ki, bu sözləri təhlükəsizlik eksperti İlham İsmayıl Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
O əlavə edib ki, Rusiya İrana hücumların dayanması üçün açıq təzyiq göstərmir, İranı açıq şəkildə dəstəkləmir. Çünki indiki situasiyada yenə də dünyanın müəyyən hissəsinin Rusiya neft və qazına möhtac olması onların xeyrinədir.
Davamı “Qırmızı masa”da: