
8 noyabr – Zəfər Günü münasibəti ilə işğaldan azad olunmuş Şuşa şəhərində hərbi yürüş keçirilib.
Primeinfo.az istinadən xəbər verir ki, qəhrəman Azərbaycan hərbçilərinin yürüşü Bayraq meydanından başlayaraq, hərbi orkestrin müşayiəti ilə şəhərin mərkəzi küçələrində müəyyən olunan marşrut üzrə davam edib.
Şuşa sakinləri Azərbaycan hərbçilərinin yürüşünü qürurla izləyiblər.










