
Bakıda keçirilən TDT-nin media və informasiya üzrə məsul nazirlərinin, yüksəkvəzifəli rəsmilərinin 7-ci toplantısında birgə Kommünike qəbul edilib.
Primeinfo.az xəbər verir ki, sənəddə etibarlı və dayanıqlı yanaşmanın formalaşdırılması, informasiya təhlükəsizliyi məsələləri, media sahəsində birgə tədbirlərin keçirilməsi və üzv dövlətlərin bir-birinə dəstəyinin gücləndirilməsi kimi əsas istiqamətlər əksini tapıb.
Kommunike, həmçinin TDT ölkələri arasında media sahəsində əməkdaşlığın genişləndirilməsi və ortaq informasiya platformalarının inkişaf etdirilməsini nəzərdə tutur.