Xəbər axtarın

Son axtarış nəticələri:

“Tomris” filminin aktyoru vəfat edib - FOTO

08.01.2026 12:51


Qazaxıstanlı tanınmış aktyor, “Tomris” filminin qəhrəmanı Murat Bisembin 53 yaşında xərçəng xəstəliyindən vəfat edib.

Primeinfo.az xəbər verir ki, bu barədə “Kazannews” aktyorun qızı Diana Bulatovaya istinadən məlumat yayıb.

O, atasının 2024-cü ilin payız aylarından xərçəng xəstəliyindən əziyyət çəkdiyini, kimyaterapiya və immunoterapiya müalicəsi aldığını bildirib.

Qeyd edək ki, Murat Bisembin “Tomris” filmində “Sparqap” obrazını yaradıb.

Paylaş: