Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeli qurumları, o cümlədən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti və sukanal idarələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Primeinfo.az xəbər verir ki, hazırda Bakı şəhəri və Abşeron yarmadasının ərazilərinə toplanan yağış suları kənarlaşdırılır. Qaradağ rayon Sukanal İdarəsi Puta gölünün leysan yağışlar zaman səviyəsinin qalxmasının öncədən qarşısını almaq məqsədilə diametri 1000 mm olan 20 paqon metr uzunluqda əlavə suötürücü dəmir – beton boru quraşdırıb.
Xətai rayonu, Rəşid Bağırov küçəsində üzərində evlər tikildiyinə görə diametri 1200 mm olan tullantı su kollektoru çökməyə məruz qalıb. Primeinfo.az Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov qəza baş verən ərazidə olub. ADSEA sədri yaranmış vəziyyətə yerində baxış keçirərək hadisənin daha tez, optimal və təhlükəsiz şəraitdə aradan qaldırılması ilə bağlı tapşırıqlar verib.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi suyun qiyməti ilə bağlı Tarif Şurasına müraciət etməyib.
Yeni çəkilmiş magistral su xəttinin mövcud şəbəkəyə birləşdirilməsi ilə əlaqədar 29.01.2026-cı il tarixində saat 10:00-dan saat 22:00-dək görüləcək işlər çərçivəsində Xətai rayonunun bəzi ərazilərinə suyun verilməsində fasilə yaranacaq. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, işlər yekunlaşdıqdan sonra istismar qaydalarına uyğun olaraq suyun əvvəlki qrafiklə verilməsi bərpa ediləcək.
“Su Ehtiyatları Agentliyi olaraq bizim suların istifadəsinə və mühafizəsinə nəzarət xidmətimiz də var.
Masallı rayonunun Bala Təklə kəndinə fasiləsiz içməli su verilib. Primeinfo.az xəbər bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib. Bildirilib ki, bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir.
Dövlət Su Ehtiyatları Agentliyi nəzdində fəaliyyət göstərən “Su ehtiyatları və meliorasiya sahəsi”nin Standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 48) konsensus qərarı ilə tullantı suları üzrə 3 yeni dövlət standartı hazırlanıb, Azərbaycan Respublikasının Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən təsdiq edilib. Primeinfo.az xəbər verir ki, qəbul edilən dövlət standartları aşağıdakılardır: * AZS 983:2025– “Təmizlənmiş tullantı sularının təkrar istifadəsi üzrə tələblər”; * AZS 984:2025– “Tullantı sularının su və su təsərrüfatı obyektlərinə axıdılması üzrə tələblər”; * AZS 985:2025– “Sənaye müəssisələri, ictimai iaşə obyektləri və fərdi xidmət sahələrinin istehlakçıları tərəfindən mərkəzləşdirilmiş kanalizasiya sisteminə axıdılan tullantı sularında zərərli və çirkləndirici maddələrin miqdarına və tərkibinə nəzarət”. Yeni dövlət standartlarının tətbiqi su ehtiyatlarının təhlükəsiz və səmərəli idarə olunmasına, tullantı sularının təkrar istifadəsinin tənzimlənməsinə, su obyektlərinə axıdılan tullantı sularının ekoloji və sanitar-gigiyenik təhlükəsizliyinin təmin edilməsinə, eləcə də mərkəzləşdirilmiş kanalizasiya sisteminə daxil olan tullantı sularının tərkibinə nəzarətin gücləndirilməsinə xidmət edəcək.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti qış aylarında su təchizatı sistemində yarana biləcək problemlərin aradan qaldırılması istiqamətində fəaliyyətini davam etdirməkdədir. Primeinfo.az xəbər verir ki, əsasən kanalizasiya kollektorlarının yuyulması, baxış quyuları və yağış barmaqlıqlarının təmizlənməsi işləri həyata keçirilir. Bu tədbirlər nəticəsində xətlər intensiv yağışlar zamanı həm yağış sularını həm də tullantı sularını maneəsiz şəkildə daşıya bilir.
Xaçmaz rayonunda Abşeron və Quba–Xaçmaz regionu üzrə Sudan İstifadəedənlər Birliklərinin (SİB) fəaliyyətinin təkmilləşdirilməsi, su resurslarından səmərəli istifadə edilməsi, kənd təsərrüfatında fermerlərə suyun tələbat əsasında verilməsi və suölçmə qurğularının quraşdırılması məsələlərinin müzakirəsinə həsr olunmuş geniş tərkibli iclas keçirilib. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib. Bildirilib ki, iclasda Kənd Təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavinləri İlham Bayramov və İlqar Gülməmmədov, Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, Regional Su Meliorasiya Xidmətinin tabeliyində olan yerli istismar idarələrinin rəhbərləri, Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar İnkişaf Mərkəzlərinin nümayəndələri və Sudan İstifadəedənlər Birliklərinin rəhbərləri iştirak ediblər.
Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin kollektivi Fəxri Xiyabanı ziyarət edib. Primeinfo.az xəbər verir ki, Ulu Öndərin məzarı önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla yad edilib. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri qoyulub.