Son 9 ildə ilk dəfə olaraq, Formula 1 həftəsindən sonra cəmi 12 saat ərzində yol məhdudiyyətlərinin böyük hissəsi aradan qaldırılıb. Bu barədə Primeinfo.az-a Bakı Şəhər Halqasından məlumat verilib. Belə ki, Formula 1 Azərbaycan Qran-Prisi başa çatdıqdan sonra şəhərdə halqa infrastrukturu və “Azneft dairəsi”ndəki tribunalarda tam söküntü işləri aparılaraq, mərkəzi küçələr nəqliyyatın istifadəsinə qaytarılıb.
Fələstin tərəfinin xahişi əsasında Azərbaycan “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində ölkədə ali təhsil almaq hüququ qazanmış 14 fələstinli tələbəni Qəzza bölgəsindən təxliyə edib. Primeinfo.az-a Xarici İşlər Nazirliyindən (XİN) verilən məlumata görə, bölgədə davam edən hərbi əməliyyatlar və qeyri-sabit vəziyyət ötən il qəbul olunmuş tələbələrin Azərbaycana gəlişini mümkünsüz edib. Məlumata görə, tələbələrdən daxil olmuş müraciət və Fələstin tərəfinin xahişi əsasında Azərbaycan Xarici İşlər Nazirliyi onların ölkəyə gətirilməsi istiqamətində iş aparıb.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Andranik Simonyanın başçılıq etdiyi nümayəndə heyəti Bakıya səfər edəcək.
Bakının erməni-bolşevik işğalından azad edilməsindən 107 il ötür. 1918-ci il sentyabrın 15-də Azərbaycan Milli Ordusu və Osmanlı dövlətinin Qafqaz İslam Ordusu Bakını bolşevik-daşnaklardan xilas edərək tarixə şərəfli gün yazıblar.