“Oruc tutarkən imsak və iftar arasındakı uzun müddət ərzində enerji səviyyəsinin stabil saxlanılması əsasən düzgün qida seçimi və metabolik tarazlığın qorunmasından asılıdır”. Primeinfo.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov deyib. Onun sözlərinə görə, elmi tədqiqatlar göstərir ki, kompleks karbohidratlar, yüksək keyfiyyətli zülallar və sağlam yağlar qanda qlükoza səviyyəsinin daha stabil qalmasına kömək edir və uzunmüddətli toxluq hissi yaradır: “İmsak zamanı tam taxıl məhsulları – yulaf, qara çörək, kəpəkli taxıllar, yumurta, qatıq, pendir, qoz‑fındıq və zeytun kimi qidalar tövsiyə olunur.
Azərbaycanla İran elektrik enerjisinin ixracı məsələsini müzakirə edib
Türkiyə ilə Azərbaycan arasında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Abşeron” yatağından hasil edilən təbii qaz tədarükünə dair ümumi həcmi 33 milyard kubmetr olan yeni uzunmüddətli müqavilə imzalanıb.
Cənubi Koreyada gücü 1400 MVt olan atom enerji blokunun istismara verilməsinə icazə verilib. Primeinfo.az bu barədə xarici KİV-ə istinadən xəbər verir. Cənubi Koreyanın Nüvə Təhlükəsizliyi və Mühafizəsi üzrə Komissiyasının məlumatına görə, Ulsan şəhərində yerləşən “Saul” (Saul/Sauel) AES-in 3 nömrəli enerji blokunda altı ay müddətində sınaq istismarına başlayacaq.
“Cənub Qaz Dəhlizi Azərbaycanın bir çox ölkənin enerji təhlükəsizliyinə töhfəsini artırıb”. Primeinfo.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib. “2021-ci ilə kimi ölkəmiz sadəcə Gürcüstan və Türkiyənin enerji təhlükəsizliyində rola malik idi, bu gün isə artıq 14 ölkənin enerji təhlükəsizliyində payımız var.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliyanın “Saipem S.p.A.” şirkətinin baş icraçı direktoru və baş meneceri Alessandro Puliti ilə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə nazir özünün “X” hesabında paylaşım edib. “Görüşdə şirkətlə əməkdaşlığın prioritet istiqamətləri, enerji, infrastruktur və yaşıl keçid sahələrində həyata keçirilən layihələr, birgə fəaliyyətin şaxələndirilməsi imkanları barədə fikirlərimizi bölüşdük.
Nazirlər Kabineti “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanunda dəyişiklik edilməsi barədə” 11 aprel 2025-ci il tarixli qanunun icrası ilə əlaqədar bəzi qərarlarında dəyişiklik edib. Primeinfo.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, “Tikinti obyektlərinə tələb olunan gücün hesablanması Qaydası”nda öz əksini tapmış İctimai binalarda elektrik enerjisi üzrə əlavə güc əmsalları müəyyənləşdirilib.
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 22 553,5 kVt/saat elektrik enerjisi istehsal olunub, bu da illik müqayisədə 0,6% artım deməkdir. Bu barədə Primeinfo.az-a Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, hesabat dövründə ölkədə istehsal olunan elektrik enerjisinin 21 800,7 kVt-saatı əmtəəlik məhsulun payına düşüb (0,6% artım).
“Suverenlik və müstəqilliyin təmin edilməsi Azərbaycanla Gürcüstanın gündəlik mübarizəsi və ən mühüm məqsədidir”. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədr müavini Nino Tsilosani Milli Məclisdə keçirilən “Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi” mövzusuna həsr olunmuş beynəlxalq parlament konfransında deyib. O, xarici müdaxilə və milli suverenliyin ziddiyyət təşkil etdiyini vurğulayıb: “Qanuni yolla seçilmiş hökumətlərə qarşı bu cür müdaxilələr suverenlik və müstəqillik mübarizəsini labüd edir”.
Qazaxıstan hökuməti Azərbaycanla enerji sahəsində strateji tərəfdaşlığa dair saziş layihəsini təsdiqləyib.