Həm Ermənistan Baş naziri Nikol Paşinyan, həm də Azərbaycan Prezidenti İlham Əliyevlə çox yaxşı münasibətlərimiz var. Primeinfo.az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Cey Di Vens Bakıya səfərindən əvvəl İrəvan aeroportunda jurnalistlərə açıqlamasında bildirib. “Dünən Baş nazirin çıxışını eşitdim.
Ermənistan Prezidenti Vaaqn Xaçatryan rəsmi səfərlə İrəvana gələn ABŞ-ın vitse-prezidenti Cey Di Venslə görüş keçirib. Primeinfo.az xəbər verir ki, bu barədə “Armenpress” agentliyi Ermənistan prezidentinin aparatının ictimaiyyətlə əlaqələr idarəsinə istinadla məlumat yayıb. Məlumata görə, Vaaqn Xaçatryan ABŞ vitse-prezidentinin səfərini alqışlayaraq bunun Ermənistanla ABŞ arasında münasibətlərin yüksək səviyyəsini əks etdirdiyini bildirib.
ABŞ-la Ermənistan arasında nüvə enerjisi sahəsində dinc əməkdaşlığa dair memorandum imzalanıb. Primeinfo.az xəbər verir ki, sənədi Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ-ın vitse-prezidenti Cey Di Vens imzalayıb. Sənəd iki ölkənin nüvə enerjisi sahəsində gələcək strateji qarşılıqlı fəaliyyətinin hüquqi əsasını təşkil edir.
Ermənistan Baş naziri Nikol Paşinyan “Sülh Şurası” liderlərinin ilk görüşündə iştirak edəcək. Primeinfo.az Ermənistan mediasına istinadən xəbər verir ki, o, bu barədə İrəvanda ABŞ-ın vitse-prezidenti Cey Di Venslə birgə mətbuat konfransında bildirib. Ermənistan lideri ABŞ Prezidenti DonaldTrampın fevralın 19-da “Sülh Şurası”nın ilk iclasında iştirak etməklə bağlı dəvətini məmnuniyyətlə qəbul etdiyini vurğulayıb.
Ermənistanın hələ də KTMT ilə bağlı sualları var. Primeinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdə deyib. Onun sözlərinə görə, Ermənistanın hələ də cavabsız qalan sualları var ki, onlar dəfələrlə qaldırılıb.
Rusiyadan Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana taxıl yüklü vaqonlar göndəriləcək.
Yeni Konstitusiya idarəetmə formasının dəyişməsini nəzərdə tutmur, Ermənistan parlament respublikası olaraq qalacaq. Primeinfo.az Ermənistan mediasına istinadən xəbər verir ki, bunu ədliyyə naziri Srbui Qalyan jurnalistlərə bildirib. Nazirin sözlərinə görə, yeni konstitusiya üzrə referendum üçün dəqiq vaxt hələ müəyyən edilməyib.
Rusiyanın Soçi şəhərindən və İranın paytaxtı Tehrandan Ermənistanın İrəvan şəhərinə uçuşlar ləğv olunub. Primeinfo.az bildirir ki, Ermənistan mətbuatının öz mənbələrinə istinadən yaydığı xəbərə görə, bu barədə məlumat İrəvanın Zvartnots Beynəlxalq Hava Limanının onlayn uçuş lövhəsində öz əksini tapıb. Bildirilib ki, “Flysepehran” şirkətinin İrandan Ermənistana, “Azimut” şirkətinin də Soçidən İrəvana uçuşları dayandırılıb.
Ermənistanın yeni konstitusiyasının mətni növbəti 6 ay ərzində hazır olacaq.
Ermənistanın Baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanla birlikdə Birləşmiş Ərəb Əmirliklərinə yollanıb. Primeinfo.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan məlumat yayıb. Məlumata görə, fevralın 4-də Nikol Paşinyan Əbu-Dabidə 2026-cı il üzrə “Zayed” İnsan Qardaşlığı Mükafatının təqdimetmə mərasimində iştirak edəcək.