Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: ermenistan

Mirzoyan Bakı-İrəvan sülh gündəliyini Avropa Şurası rəsmisi ilə müzakirə edib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa Şurasının insan hüquqları üzrə komissarı Maykl O`Flaherti ilə görüş keçirib. Primeinfo.az-ın məlumatına görə, görüş zamanı Ermənistan və Azərbaycan arasında sülh gündəliyi əsas müzakirə mövzularından biri olub. Ermənistan KİV-inə istinadən bildirilib ki, tərəflər Avropa Şurası çərçivəsində əməkdaşlığın əsas prioritetlərini, Bakı ilə İrəvan arasında sülhün uzunmüddətli möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri, həmçinin humanitar məsələləri nəzərdən keçiriblər.

Hindistan SQ-nin Baş qərargah rəisi Ermənistana səfər edib

Hindistan Silahlı Qüvvələrinin Baş qərargah rəisi Anil Çauhan Ermənistana səfər edib. Primeinfo.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, onu Ermənistanın baş naziri Nikol Paşinyan qəbul edib. Qəbulda müdafiə sahəsində əməkdaşlıq müzakirə edilib.

Fitch: “Azərbaycan, Ermənistan və Gürcüstanda bank göstəriciləri tarixi səviyyədən yüksək olaraq qalır”

“Azərbaycan, Ermənistan və Gürcüstanda bankların əsas maliyyə göstəriciləri güclü olaraq qalır və tarixi orta səviyyələri üstələyir”. Primeinfo.az xəbər verir ki, bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyindən bildirilib. Reytinq agentliyi qeyd edib ki, güclü iqtisadi artım, suveren kredit profillərinin yaxşılaşması və Ukrayna müharibəsi fonunda yaranan dolayı təsirlər bank sektorunun performansını dəstəkləyib.

Arayik Harutyunyan və digərlərinin məhkəməsi fevralın 5-də davam etdiriləcək

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesi fevralın 5-də davam etdiriləcək. Primeinfo.az xəbər verir ki, bu barədə Bakı Hərbi Məhkəməsindən bildirilib. Xatırladaq ki, məhkəmə prosesi 2025-ci il yanvarın 17-də başlayıb.

Ermənistan enerji sistemini Azərbaycan və Türkiyə ilə sinxronlaşdırmaq niyyətindədir

Ermənistanın enerji sisteminin Türkiyə, Azərbaycan, İran və Gürcüstanla sinxronlaşdırılması mümkündür. Primeinfo.az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın ərazi idarəçiliyi və infrastruktur naziri David Xudatyan jurnalistlərə bildirib. Onun sözlərinə görə, Ermənistan enerji sisteminin qonşu ölkələrlə sinxronlaşdırılması təkcə idxal-ixrac baxımından kommersiya əhəmiyyəti daşımır, həm də sistemə dayanıqlılıq gətirəcək.

"Azərbaycanla müharibə səhifəsi bağlanıb" - Simonyan

Ermənistan Respublikası parlamentinin sədri Alen Simonyan “Ermənistan və Azərbaycan arasında müharibə səhifəsi”ni bağlanmış hesab edir. Primeinfo.az xəbər verir ki, Simonyan Factor TV-yə verdiyi müsahibədə bunları deyib: “Hər hansı dramatik hadisələr baş verməsə, düşünürəm ki, bu səhifəni yenidən açmağımız ehtimalı azdır. Mən bu səhifəni bağlanmış hesab edirəm”.

Rusiya XİN Ermənistanla əməkdaşlıq məsələlərinə aydınlıq gətirib

Rusiya bütün hallarda tərəfdaşları qarşısında beynəlxalq öhdəliklərə sadiqdir. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib. “Rusiya ənənəvi müttəfiqlərini – Ermənistan, Suriya, Venesuela və İranı – ABŞ-ın taleyinə buraxırmı?” sualına cavab olaraq bildirilib ki, məsələnin bu cür qoyuluşu ilə razılaşmaq olmaz.