Ermənistan Cənubi Qafqaz ölkələri arasında ümumi daxili məhsula (ÜDM) nisbətdə ən yüksək dövlət borcuna malikdir. Primeinfo.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondu məlumat yayıb. Bildirilir ki, Ermənistanın dövlət borcunun ÜDM-ə nisbəti 53,4 faizdir.
“Tramp Marşrutu” (TRIPP) adlanan təşəbbüsün icrasının praktiki mərhələsi, o cümlədən tikinti işlərinə başlanması 2026-cı ilə planlaşdırılır.
Ermənistan Milli Məclisi məcburi hərbi xidmət müddətinin 6 ay azaldılmasına dair qanun layihəsini ikinci oxunuşda qəbul edib. Primeinfo.az xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb. Məlumata görə, qanun layihəsi 65 lehinə, 4 əleyhinə və 20 bitərəf səslə qəbul edilib.
Tbilisidə Gürcüstan və Ermənistan parlamentlərinin xarici əlaqələr komitələrinin illik birgə iclası keçirilib. Primeinfo.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin mətbuat xidmətindən bildirilib. Toplantıda iki ölkə arasındakı münasibətlər, strateji tərəfdaşlığın vacibliyi və iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi imkanları müzakirə olunub.
Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan “3+3” formatlı görüşün yeri ilə bağlı müzakirələrin davam etdiyini bildirib. Primeinfo.az xəbər verir ki, bu barədə Ermənistan XİN-dən Bakıdan verilən açıqlamalara cavab olaraq bildirib. “Bu görüş ya Yerevanda, ya da Bakıda keçirilməlidir.
Ermənistanın Baş naziri Nikol Paşinyan ictimai əsaslarla yeni müşavirini təyin edib. Primeinfo.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. “Dövlət qulluğu haqqında” Qanunun 8-ci maddəsinin 10-cu hissəsinə əsaslanaraq, Anjela Kjdryan Baş nazirin ictimai əsaslarla müşaviri təyin edilsin”, – sənəddə qeyd olunub.
Avropa İttifaqı (Aİ) Ermənistanla energetika, mobillik və rəqəmsal infrastrukturun inkişafı sahələrində əməkdaşlığı Cənubi Qafqazda sülh və sabitliyin möhkəmlənməsinə töhfə kimi nəzərdən keçirir. Primeinfo.az xəbər verir ki, bunu Aİ-nin genişlənmə məsələləri üzrə ali komissarı Marta Kos Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın iştirak etdiyi mətbuat konfransında bildirib. O, 2026-cı ilin iyununda Ermənistanda keçiriləcək parlament seçkilərindən danışarkən onların keçirilməsinin daxili sabitlik və islahatların gedişatı üçün həlledici əhəmiyyət daşıyacağını vurğulayıb: “İyun ayında Ermənistanda parlament seçkiləri keçiriləcək.
Ermənistanda istefada olan general-mayor Qriqori Xaçaturov haqqında cinayət işi açılıb və o, dövlətlərarası axtarışa verilib. Primeinfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri ölkənin Baş Prokurorluğuna istinadən bildirib. Daha əvvəl KİV-lər bildirmişdi ki, 3-cü ordu korpusunun sabiq komandiri Qriqori Xaçaturov (Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Yuri Xaçaturovun oğlu) rüşvət vermə və müharibə şəraitində vəzifə səlahiyyətlərini aşmaqda ittihamı olunur.
“3+3” formatında növbəti görüşün tarixi və yeri hələ müəyyənləşdirilməyib. Primeinfo.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, iclasın təşkili məsələsi artıq bir neçə aydır müzakirə olunur.
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti üzvlərinin Bakı görüşlərində əldə edilən razılaşmalar, qəbul edilən qərarlar açıqlanıb.