Bakıya qar yağacaq, yollar buz bağlayacaq - PROQNOZ
Fevralın 5-də gözlənilən hava şəraiti açıqlanıb.
Fevralın 5-də gözlənilən hava şəraiti açıqlanıb.
Fevralın 4-ü saat 9:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Primeinfo.az-a verilən məlumata görə, hazırda ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Dağlıq ərazilərə – Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Lerik, Quba və Qaxa (Sarıbaş) qar, əksər bölgələrə isə yağış yağır.
Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) gözlənilən kəskin hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Primeinfo.az xəbər verir ki, fevralın 5-dək ölkə ərazisində kəskin hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağıntılar, o cümlədən qar yağacağı, temperaturun xeyli enəcəyi proqnozlaşdırılır. Bununla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır: “Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.
Fevralın 3-ü saat 10:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Primeinfo.az-a verilən məlumata görə, ölkə ərazisinin bəzi rayonlarında yağıntılı hava şəraiti müşahidə olunur. Düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 4, Şahbuz və Sədərəkdə 3, Kişçayda (Şəki) 2, Naxçıvan, Şərur, Gədəbəy, Şəmkir, Balakən, Zaqatala, Şahdağ və Oğuzda 1 millimetrdir.
Azərbaycanda fevralın 3-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
“2026-cı ilin yanvar ayında ölkə ərazisində havanın temperaturu iqlim norması ilə müqayisədə 19 gün normadan yuxarı (0.9–8.8 dərəcə), 10 gün normadan aşağı (0.7–1.9 dərəcə), 2 gün isə norma daxilində olub. Orta aylıq temperatur 6.2 dərəcə isti olub ki, bu da iqlim normasından 1.8 dərəcə yuxarıdır”. Primeinfo.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.
Milli Hidrometeorologiya Xidmətinin fevralın 1-i saat 17:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində qərb küləyi əsir. Xidmətdən Primeinfo.az-a bildirilib ki, küləyin maksimal sürəti arabir Yardımlıda 21, İsmayıllı və Qobustanda 20, Lerikdə 19, Kəlbəcər, Zəngilan və Daşkəsəndə 18, Gədəbəydə 16, Şəkidə 15 m/s-yə çatır.
Fevralın 2-də gözlənilən hava şəraiti açıqlanıb.
Yaxın günlərdə Bakıda hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir. Primeinfo.az-ın hava proqonozları dərc edən saytlara istinadən xəbər verir ki, 5 fevralda paytaxtda qar yağması, temperaturun isə 0 dərəcəyə qədər enməsi gözlənilir. Məlumata görə, həftənin əvvəlində hava nisbətən mülayim keçsə də, 5-6 fevral tarixlərində soyuq hava kütlələrinin təsiri ilə temperatur tədricən azalacaq.