Qar yağacaq, 18 dərəcə şaxta olacaq - PROQNOZ
Bakıda və Abşeron yarımadasında yanvarın 18-də bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var.
Bakıda və Abşeron yarımadasında yanvarın 18-də bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var.
Yanvarın 17-də gözlənilən hava proqnozu açıqlanıb.
Yanvarın 17-si gündüzdən 22-dək ölkə ərazisində hava şəraitinin yenidən yağıntılı olacağı, bəzi ərazilərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı gözlənilir.
Azərbaycanın əksər yerlərində yağıntılı hava şəraiti davam edir, dağlıq və dağətəyi rayonlarda qar yağır. Primeinfo.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yanvarın 15-i saat 10:00-a olan məlumatında qeyd edilib. Yağan qarın hündürlüyü Əlibəydə (Zaqatala) 41, Sarıbaş (Qax) və Şahbuzda 35, Kişçayda (Şəki) 26, Laçında 25, Kəlbəcərdə 23, Qrızda 22, Xaltanda 17, Lerikdə 13, Şuşada 12, Qusarda 11, Xınalıq və Xızıda 10, Şahdağ və Qubada 9, Qobustan və Qəbələdə 7, Gədəbəydə 6, Xankəndi və Oğuzda 5, Sədərəkdə 3, Xocalı və Balakəndə 1 sm-dir.
Azərbaycanda yanvarın 15-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Primeinfo.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında fasilələrlə yağıntılı olacağı ehtimalı var.
Azərbaycanda küləkli və yağıntılı hava şəraiti davam edir, dağlıq və dağətəyi rayonlarda qar yağır, bəzi yerlərdə isə yağıntılar intensiv xarakterlidir. Primeinfo.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yanvarın 14-ü saat 10:00-a olan məlumatında qeyd edilib. Yağan qarın hündürlüyü Əlibəydə (Zaqatala) 30, Şahbuzda 29, Sarıbaşda (Qax) 23, Qubada 20, Şəkidə 15, Kəlbəcərdə 13, Laçın, Xınalıq, Qubadlı və Qusarda 10, Xaltan və Şahdağda 9, Altıağac və Gədəbəydə 8, Zaqatalada 6, Şuşada 5, Xankəndi, Qobustan və Daşkəsəndə 4, Şamaxı və Sədərəkdə 3, İsmayıllı və Şərurda 2, Balakən və Xocalıda isə 1 sm-dir .
Yanvarın 14-də Bakıda sulu qar yağacaq, güclü külək əsəcək. Primeinfo.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.
Bakıda və Abşeron yarımadasında yanvarın 13-ü axşamdan 14-ü axşamadək hava şəraitinin arabir yağıntılı olacağı, 13-dən 14-nə keçən gecə və 14-də ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var.
Yanvarın 13-də gözlənilən hava proqnozu açıqlanıb.
Fövqəladə Hallar Nazirliyi gözlənilən küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət edib. Primeinfo.az xəbər verir ki, FHN müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır. Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur: “Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.