“İranın öz daxilində olan problemlər kifayət qədər böyük miqyasa malikdir və İran vətəndaşı bu gün yarı ac, yarı tox vəziyyətdə yatır. Çünki İran nədənsə öz vətəndaşına deyil, Həmasa, Hizbullaha, Husilərə və digər silahlı qruplaşmalara pul xərcləyir”.
“Əgər İran dağılsa, orada millətçilər önə çıxacaq. Orada çox ciddi qarşıdurma baş verə və qan su yerinə axa bilər. Bunu isə Amerika da, Avropa da yaxşı bilir. Ona görə də buna getmək istəmirlər”.
“İranın hər dəfə xüsusilə, Azərbaycanı hədəf alması Xamneyinin tezislərindən qaynaqlanır. O niyə bunkerdən çıxan kimi birinci Təbrizə getdi?”
“Mənə elə gəlir ki, İran məsələsi artıq həll olunub, sadəcə bunun rəsmiləşdirilməsi üçün zamana ehtiyac var. Düşünürəm ki, ABŞ İranın daxilindəki elitalarla ciddi danışıqlar aparır”.
“İran Azərbaycan qarşısında çox şeyə görə günahkardır. Torpaqlarımız işğal altında olarkən İranın Ermənistana dəstəyi, o cümlədən separatçılara göstərdiyi dəstək, daha sonra səfirliyimizə qarşı həyata keçirdiyi terror aktı və s. məsələlər bizi narahat edir”.
Xamneyi hər hansı varis haqqında düşünmür. Onun varisi öz oğludur.
“Məncə, burada əsas məqsəd rejim dəyişikliyindən daha çox, İranın nüvə və ballistik silah sistemləri üzərində təsirini minimum səviyyəyə endirməkdir. Lakin İran bu proqramlardan imtina etdiyini desə də, protokollara imza atsa da, bundan imtina etməyəcək”. Primeinfo.az xəbər verir ki, bu sözləri hərbi ekspert Yücel Karauz Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
“ABŞ İranın boğazını sıxdıqca sıxır. İranda iqtisadi çətinliklər, elektrik enerjisi, su problemləri var. İnsanlar sosial problemlər içində üzür. Bu prizmadan baxdıqda, İran nüvə proqramı və ballistik raketlərlə bağlı imtina etməlidir”.
İranda bir neçə nəfər ictimai-siyasi xadim həbs edilib. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, sözügedən şəxslər “milli birliyi hədəfə almaq, ölkənin siyasi-ictimai nizamını pozmaq, konstitusiyaya zidd mövqe tutmaq, düşmən təbliğatı ilə eyni xətti tutmaq, düşmən qarşısında təslim olmağı təbliğ etmək” və digər ittihamlarla üzləşiblər. Onların arasında “İslahat Cəbhəsi”nin və “Millətin birliyi” partiyasının sədri Azər Mənsuri, keçmiş parlamentari Ebrahim Əsğərzadə, sabiq diplomat Mohsen Əminzadəvə “İslahat Cəbhəsinin” mətbuat katibi Cəvad Emam var.
“İran türk dünyasına qarşı olan layihə idi. Bu layihənin məqsədi türk millətini parçalamaq, dağıtmaq idi. Çox təəssüf ki, 1979-cu ilə qədər şah rejimi, daha sonra da molla rejimi eyni siyasəti yürütdü”.