“İran gərək bunu başa düşsün ki, bu gün nüfuz dərdi çəkmək vaxtı deyil. İran anlamalıdır ki, bu gün rejimin taleyi, mövcudluğu həll olunur”. Primeinfo.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Heydər Oğuz Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
“İran, Rusiya və Şimali Koreya rejimləri Avrasiya məkanı üçün fəlakətdir. Metastaz vermiş bu xəstəliyin yeganə yolu cərrahi yoldur, başqa yol yoxdur”.
“Aydın məsələdir ki, ABŞ İran şahının oğlu Rza Pəhləvidən istifadə etməyə çalışır. Guya millət onun hakimiyyətə gəlməsini istəyir. Amma millət onu istəmir”.
ABŞ İran ərazisində olan vətəndaşlarını ölkəni dərhal tərk etməyə çağırıb.
“İranda böyük Türkiyə qısqanclığı var. Rejim istəməzdi ki, ona aid olan bir münaqişədə Türkiyə aparıcı rol oynasın. Bu da İranın türk dünyasına qarşı olan qısqanclığının təzahürüdür”.
“İran siyasi elitasının, mollakratiyanın aparıcı simalarının Azərbaycana münasibəti bəllidir. Yəni, Xamneyinin müşavirlərindən olan Vilayətinin qələmindən çıxmış İranın xarici siyasət doktrinasında Azərbaycan Respublikası İranın təhlükəsizliyinə təhdid olaraq qeyd olunub”. Primeinfo.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Oqtay Qasımov Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
“O gün İranın paytaxtı Tehrandakı məşhur “Cənnətabad bazarı”nda güclü yanğın baş verdi. Bu bazarı kim yandırdı? Niyə yandırdı?”
“İran rejimi içdən dəyişməlidir. İrandakı mövcud rejim bunun üçün vaxt tələb edir, amma Trampın vaxtı yoxdur”.
“İstənilən ölkədə 1 milyon insan meydana çıxsa, o dövlətin rəhbəri başını götürüb qaçar. Sən də qaç get də”.
İran hakimiyyəti dörd əcnəbini iğtişaşlarda iştirakına görə həbs edib. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Yaxın Şərqin KİV-i məlumat yayıb. Saxlanılan şəxslərin milliyyəti açıqlanmır, həmçinin qeyd olunub ki, saxlanma zamanı onlarda səsli qumbaralar aşkar olunub.