Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: leyla eliyeva

Arzu Əliyeva və Alena Əliyeva “Rənglərdə yaşanan 10 il” sərgisində - FOTO

Dekabrın 28-də Zirə Mədəniyyət Mərkəzinin Eko-Park ərazisində yerləşən “Türk Dünyası” rəsm qalereyasında “Rənglərdə yaşanan 10 il” mövzusunda sərgi keçirilib. Mərkəzin 10 illik yubileyi ərəfəsində təşkil olunan sərgidə 6–30 yaşarası tələbə-rəssamların və müəllim heyətinin rəssamlığın rəngarəng texnikalarından istifadə edərək hazırladıqları əl işləri nümayiş etdirilib. Primeinfo.az xəbər verir ki, sərgidə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva iştirak ediblər.

Leyla Əliyeva və Alena Əliyeva Pantomim Teatrında - FOTO

Azərbaycan Dövlət Pantomim Teatrında dünya dramaturgiyasının klassik nümunələrindən olan Vilyam Şekspirin “Romeo və Cülyetta” əsərinin motivləri əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunub. Primeinfo.az xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Alena Əliyeva iştirak ediblər. Səhnə əsəri Ölüm və Həyat obrazlarının timsalında bu iki anlayışın əbədi mübarizəsini simvolik səhnə həlləri və plastik ifadə vasitələri ilə təqdim edib.

Leyla Əliyevanın təşəbbüsü ilə Yevlaxda uşaqlar üçün Yeni il tədbiri - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yeni il ərəfəsində Yevlax şəhərində yaşayan uşaqlar üçün Yeni il tədbiri keçirilib. IDEA-dan Primeinfo.az-a verilən məlumata görə, bayram tədbiri çərçivəsində müxtəlif yaş qruplarına aid 30 uşağa velosipedlər, eləcə də təhlükəsizlik ləvazimatları hədiyyə olunub. Bu təşəbbüs balacalara Yeni il ərəfəsində xoşbəxtlik və bayram əhvali-ruhiyyəsi bəxş edib.

Leyla Əliyeva Üçüncü Bahar İctimai Birliyində - VİDEO  

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Üçüncü Bahar İctimai Birliyində olub. Primeinfo.az xəbər verir ki, Leyla Əliyeva bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. Həmin paylaşımı təqdim edirik:     Посмотреть эту публикацию в Instagram   Публикация от Official page of Leyla Aliyeva (@leyla999)

Leyla Əliyeva Mərkəzi Nəbatat bağında uşaqlarla bir arada - FOTO

Dekabrın 24-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Mərkəzi Nəbatat bağında uşaqlar üçün bayram şənliyi təşkil olunub. Primeinfo.az xəbər verir ki, tədbir Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə internat evlərində yaşayan azyaşlılar üçün keçirilib. Bayram proqramı çərçivəsində balacalar üçün əyləncəli tədbirlər, oyunlar və musiqili proqramlar təqdim edilib.

Leyla Əliyeva Məsud Pezeşkianın qızı ilə görüşüb - FOTO

Dekabrın 23-də Bakıda keçirilən “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: müasir alətlər və beynəlxalq əməkdaşlıq” konfransının iştirakçıları Heydər Əliyev Mərkəzində olublar. Primeinfo.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva qonaqlarla birgə su ehtiyatlarının qorunmasına çağırış edən “Mənim dənizlərim, mənim okeanlarım” sərgisini ziyarət edib. Qeyd edək ki, Heydər Əliyev Fondu və IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü ilə təşkil edilən ekspozisiyada müasir rəssamların çirklənmə və həddindən artıq balıq ovundan tutmuş, bioloji müxtəlifliyin itirilməsinə qədər bir sıra qlobal problemləri əks etdirən əsərləri təqdim edilir.

Leyla Əliyeva Nüsrət Kəsəmənlinin şeirini səsləndirdi - VİDEO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva mərhum Azərbaycan şairi Nüsrət Kəsəmənlinin “Səni unutsam” şeirini səsləndirib. Primeinfo.az xəbər verir ki, o, bu barədə videonu instaqram hesabında paylaşıb. Həmin videonu təqdim edirik:

Leyla Əliyeva "ASAN Məktub"un 10 illiyinə həsr olunan tədbirdə - FOTO

Dekabrın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbir keçirilib. Primeinfo.az xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iştirak edib. ASAN könüllüləri, sosial qayğıya ehtiyacı olan uşaqlar və digər qonaqların da iştirak etdiyi tədbir “ASAN xidmət” və “Bilim Bakı” mərkəzləri ilə tanışlıqla başlayıb.